La Liqa klubunda yeni baş məşqçi təyin olunub

Baş səhifə

Bakı. Trend:

“Alaves”da baş məşqçi dəyişib.

Trend xəbər verir ki, ispan
klubu Eduardo Koudet ilə qarşılıqlı razılaşma əsasında müqaviləni
ləğv etdiyini açıqlayıb. Argentinalı məşqçinin gözlənilən gələcək
klubu “River Pleyt” olacaq.




“Alaves”i bundan sonra Kike Sançez Flores çalışdıracaq. 61 yaşlı
mütəxəssis, “Valensiya”, “Atletiko” və “Xetafe” ilə tanınır. Onun
müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Alaves” hazırda La Liqada 26 oyundan sonra 16-cı
yeri tutur.