Bakı. Trend:
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildə bir
sıra hərbi obyektləri hədəf aldığını açıqlayıb.
Trend xəbər verir ki, SEPAH
Təl-Əvivdə yerləşən İsrail Müdafiə Nazirliyinin “Kirya”
kompleksinə, həmçinin Təl-Əviv və Petax-Tikva şəhərlərindəki digər
hərbi obyektlərə hava zərbələri endirib.
İsrail tərəfi hələ rəsmi açıqlama verməyib.

