SEPAH İsrailin Müdafiə Nazirliyinin binasına və hərbi obyektlərə zərbə endirdiyini bildirib

Baş səhifə
SEPAH İsrailin Müdafiə Nazirliyinin binasına və hərbi obyektlərə zərbə endirdiyini bildirib

İran qüvvələri İsrail Müdafiə Nazirliyinin binasına, Təl-Əviv və Petah-Tikvadakı hərbi hədəflərə və Qərbi Qalileyada bir neçə hərbi mərkəzə hücum edib.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran ordusunun elit bölməsi) irəli sürüb.

” İslam İnqilabı Keşikçiləri Korpusu Kirya məhəlləsindəki (İsrail) Müdafiə Nazirliyinin binalarına, eləcə də Təl-Əviv və Petah-Tikvadakı hərbi obyektlərə hava hücumları həyata keçirib”, – SEPAH-ın açıqlamasında bildirilir.

Bundan əlavə, SEPAH qeyd edib ki, İran “Qərbi Qalileyada bir neçə hərbi mərkəzə və Təl-Əviv yaxınlığında yerləşən Bney-Brak şəhərindəki hərbi infrastruktur”a hücum edib.