
İngiltərə Premyer Liqasında XXIX tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Everton” öz meydanında “Börnli” ilə üz-üzə gəlib. Ev sahibləri rəqibini 2 cavabsız qolla məğlub edib – 2:0.
“Liverpul” isə səfərdə autsayder “Vulverhempton”la qarşılaşıb. Gərgin keçən oyunda Mersisayd təmsilçisi azarkeşlərini sevindirə bilməyib. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərə Premyer Liqası
XXIX tur
23:30. “Lids” – “Sanderlend” – 0:1
23:30. “Bornmut” – “Brentford” – 0:0
23:30. “Everton” – “Börnli” – 2:0
00:15. “Vulverhempton” – “Liverpul” – 2:1


