Rubio: Dubaydakı ABŞ konsulluğunda itki yoxdur

Baş səhifə

Dubayda ABŞ konsulluğuna yaxın əraziyə edilən dron hücumu nəticəsində insan tələfatı qeydə alınmayıb.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatı konsulluq binasına bitişik avtomobil dayanacağına düşüb və nəticədə orada yanğın başlayıb.

“Dron zərbəsi konsulluq binasının yaxınlığındakı avtodayanacağa dəyib və bundan sonra yanğın baş verib. Bütün əməkdaşlar yerindədir”, – deyə Rubio qeyd edib.