ABŞ vətəndaşlarına müraciət etdi – Bu 15 ölkədən çıxın!

Baş səhifə

ABŞ Bəhreyn, İraq və İordaniyadakı səfirliklərinin işçilərinin təxliyəsi barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti qərar qəbul edib.

ABŞ Dövlət Departamenti eyni zamanda  ölkə vətəndaşlarına ciddi təhlükəsizlik riskləri səbəbindən çağırış edərək, onları Yaxın Şərqi tərk etməyə çağırıb.

ABŞ-nin vətəndaşlarını tərk etməyə çağırdığı ölkələrin siyahısına bu ölkələr daxildir:

Bəhreyn, Misir, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Yəmən, Qəzza zolağı.