
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası qlobal çağırışlar və enerji bazarının transformasiyası fonunda strateji dialoq üçün mühüm platformadır.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb.
“Enerji çoxdan iqtisadiyyatın hüdudlarından kənara çıxıb, geosiyasət və təhlükəsizlik məsələsinə çevrilib. Marşrutların etibarlılığı, tədarüklərin proqnozlaşdırılan olması və tərəfdaşlar arasında qarşılıqlı etibar Avropanın və dünyanın dayanıqlılığının əsas amillərdir. Məhz buna görə də alternativ qaz marşrutlarının inkişafı və ölkələr arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, – səfir yazıb.
Xəbər yenilənir
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


