
Bakı. Trend:
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi korporativ reytinq
meyarlarının yenilənməsindən sonra Avropa, Yaxın Şərq və Afrika
(EMEA) inkişaf etməkdə olan bazarlarında fəaliyyət göstərən “Cənub
Qaz Dəhlizi” QSC (Southern Gas Corridor Closed Joint-Stock Company)
və daha yeddi infrastruktur şirkətinin reytinqlərini
təsdiqləyib.
Trend-in
məlumatına görə, agentliyin açıqlamasında qeyd olunur ki, qərar 9
yanvar 2026-cı il tarixli “Korporativ reytinq meyarları” və “Sənaye
naviqatorları — Korporativ reytinq meyarlarına əlavə” sənədlərinin
yenilənməsi ilə əlaqədar qəbul edilib. Bununla belə, şirkətlər üzrə
mövcud reytinqlər və proqnozlar dəyişməz qalıb.
“Fitch”in məlumatına görə, “Cənub Qaz Dəhlizi” QSC-nin biznes və
maliyyə profilinin qiymətləndirilməsi aşağıdakı amilləri əhatə
edir:
• Menecment — bbb- (nisbi əhəmiyyəti aşağı);
• Sektor göstəriciləri — bbb+ (orta əhəmiyyət);
• Bazar və rəqabət mövqeyi — bbb (orta);
• Aktivlərin diversifikasiyası və keyfiyyəti — bbb (orta);
• Şirkətin əməliyyat göstəriciləri — bbb (yüksək);
• Rentabellik — bbb (aşağı);
• Maliyyə strukturu — a+ (orta);
• Maliyyə çevikliyi — bbb+ (orta).
“Fitch Ratings” “Cənub Qaz Dəhlizi” QSC ilə yanaşı aşağıdakı
şirkətlərin də reytinqlərini təsdiqləyib:
- “Kazakhstan Electricity Grid Operating Company” (KEGOC);
- “Namibia Water Corporation Limited”;
- “GDZ Elektrik Dagitim Anonim Şirketi”;
- “Nama Electricity Distribution Company SAOC”;
- “Oman Electricity Transmission Company SAOC”;
- “Regional Electrical Power Networks JSC”;
- “National Power Company Ukrenergo”.
“Fitch” vurğulayıb ki, meyarların yenilənməsi qeyd olunan bütün
emitentlər üzrə qüvvədə olan reytinqlərə və proqnozlara heç bir
təsir göstərməyib.


