ABŞ-də 100-dən çox kiçik zəlzələ qeydə alındı

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Tonopa” poliqonu ərazisində bir sıra kiçik tezlikli
zəlzələlər qeydə alınıb.

Trend xəbər verir
ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, ötən həftə ərzində ABŞ Geoloji Xidmətinin
alimləri poliqonun 80 km radiusunda tezliyi 1,0-dan 3,0-a qədər
dəyişən 100-dən çox seysmik hadisə müşahidə ediblər.




Qeyd olunub ki, zəlzələlərin tez-tez baş verməsi İsrail və ABŞ
tərəfindən İranın bombardman edilməsi, həmçinin ABŞ Prezidenti
Donald Trumpın regiona yaxınlaşan “böyük zərbə dalğası” barədə
sözləri fonunda baş verib.

“52-ci zona” ABŞ-nin ciddi şəkildə məxfi saxlanılan hərbi
bazasıdır və bu poliqon uzun müddət silah sınaqları üçün istifadə
edilib. Qəzet vurğulayıb ki, baş verən zəlzələlər regiondakı normal
geoloji aktivliyin uzunmüddətli dövrü ilə də əlaqədar ola
bilər.