Bakı. Trend:
Lonq Biç şəhərində yerləşən Marathon Burger restoranının
açılışında atışma baş verib.
Trend xəbər verir
ki, bu barədə The New York Post məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Atışmanın motivi, şəraiti və ehtimal olunan şübhəlilər hələ də
müəyyənləşdirilir.
Qeyd olunur ki, məşhur reper Snup Doqq tədbirdə iştirak edərək
yeni müəssisənin açılış lentini kəsib və pərəstişkarlarına burger
paylayıb. Qısa müddət sonra atəş səsləri eşidilib.

