Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud
İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında
hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Trend xəbər
verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin
noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev
Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir”
festivalı çərçivəsində təqdim olunan tamaşanın nümayişində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov,
quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli,
səs dizaynı isə Konstantin Soldatov və Platon Soldatovdır.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim
Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə,
Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm
Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman
Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd,
Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər.

Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.

Qeyd edək ki, “Neft bumu hamıya gülümsəyir” festivalı Maqsud
İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir.