Donald Tramp Əli Xamenei və digər İran liderlərinin öldürüldüyünü iddia etdi

Baş səhifə

Bakı. Trend:

Donald Tramp Ali Rəhbər Əli Xamenei və bir neçə digər İran
liderinin İsrail ilə birgə həyata keçirilən əməliyyatda
öldürüldüyünü bildirib.

Trend xəbər verir
ki, Tramp bunu öz “Truth Social” səhifəsində paylaşım edərək
açıqlayıb.




O, əməliyyatın kəşfiyyat və yüksək texnologiyalı müşahidə
sistemlərindən istifadə edilərək həyata keçirildiyini iddia edib və
SEPAH, İran ordusu və təhlükəsizlik qüvvələrinin bir çox üzvünün
“artıq döyüşmək istəmədiyini və toxunulmazlıq axtardığını”
bildirib.

Tramp həmçinin vurğulayıb ki, İrana qarşı kütləvi hava hücumları
“bütün həftə və ya lazım olduğu müddətcə fasiləsiz” davam
edəcək.