
Bakı. Trend:
Donald Tramp ABŞ və İsrailin İrana hücumlarından sonra Böyük
Britaniya, Küveyt və Türkiyə liderləri ilə danışıqlar aparıb.
Trend xəbər verir
ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat
verib.
Onun sözlərinə görə, Tramp “indi Böyük Britaniya, Küveyt və
Türkiyə liderləri ilə danışıb”.
Fevralın 28-də ABŞ prezidenti həmçinin Səudiyyə Ərəbistanı,
Qətər və BƏƏ liderləri ilə yanaşı, NATO-nun baş katibi Mark Rutte
ilə də danışıqlar aparıb.


