
Bakı. Trend:
Antonio Quterreş mövcud hərbi eskalasiyanı “beynəlxalq sülh və
təhlükəsizliyə ciddi təhdid” kimi qiymətləndirib.
Trend xəbər verir
ki, Quterreş hərbi əməliyyatların dünyanın ən qeyri-sabit
bölgələrindən birində nəzarətsiz hadisələrə səbəb ola biləcəyini və
vəziyyətin “çox dəyişkən” olduğunu vurğulayıb.
BMT-nin baş katibi həmçinin Əli Xameneinin ölüm xəbərlərini
təsdiqləyə bilmədiyini, çoxsaylı təsdiqlənməmiş məlumatların mövcud
olduğunu bildirib.
Quterreş hücumların xeyli sayda mülki şəxsin ölümünə səbəb
olduğunu qeyd edib. İran mediasının məlumatına görə, Hörmüzqan
əyalətinin Minab şəhərindəki qızlar məktəbinə hava hücumu
nəticəsində ən azı 85 nəfər həlak olub və çoxlu sayda insan
yaralanıb. Həmçinin Tehrandakı bir məktəbə də zərbə endirilib və
iki nəfər ölüb.
Baş katib əlavə edib ki, İranın İsrailə sonrakı hücumları
nəticəsində 89 nəfər yaralanıb.


