SOCAR 2025-ci ilin yekunlarına görə, “Moody’s”in “yüksələn ulduz” sıralarına daxil olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ildə neft-qaz
sektorunun altı “yüksələn ulduzu” sırasına daxil olub, yəni
“Moody’s” agentliyindən investisiya reytinqi alan şirkətlər
arasında yer alıb.

Trend xəbər verir
ki, agentliyin son hesabatına görə, 2025-ci ildə investisiya
səviyyəli statusu altı neft-qaz şirkəti əldə etmişdi vəbir şirkət
isə bu statusu itirmişdi (“fallen angel”).

“Moody’s” bildirir ki, “TechnipFMC” plc şirkətinin reytinqi
(Baa2, proqnoz stabil) 2025-ci ilin yanvarında borc yükünün
azalması, kapital strukturunun sadələşdirilməsi və sərbəst pul
axınının artması nəticəsində Baa3 səviyyəsinə müsbət proqnozla
yüksəlib, sentyabr ayında isə Baa2 səviyyəsinə çatıb.

“Expand Energy Corporation” şirkətinin reytinqinin (Baa3, stabil
proqnoz) artırılması borcun əhəmiyyətli dərəcədə azalmasını və daha
mühafizəkar maliyyə siyasətinə sadiqliyi əks etdirir.




Agentlik həmçinin biznes miqyasının genişlənməsi və kredit
göstəricilərinin davamlı yaxşılaşması fonunda “DT Midstream” (Baa3,
stabil) və “Vallourec” (Baa3, stabil) şirkətlərinin reytinqlərini
yüksəldib.

“EnLink Midstream LLC” şirkətinin reytinqi isə onun ONEOK (Baa2,
stabil) tərəfindən satın alınmasından sonra artırılıb.

“Moody’s hesabatında qeyd olunur ki, SOCAR-ın reytinqi (Baa3,
stabil) Azərbaycanın suveren reytinqinin Baa3 səviyyəsinə
yüksəlməsindən sonra artırılıb.

Xəbər yenilənir