Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələri altıncı nəsil F-47 gizli qırıcısının
ilk sınaq uçuşunu 2028-ci ildə keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu
barədə proqramın icrasına nəzarət edən general Deyl Uayt Hava və
Kosmik Qüvvələr Assosiasiyasının simpoziumunda bildirib.
“Boeing” tərəfindən hazırlanan qırıcının döyüş radiusunun 1600
km-dən çox, maksimal sürətinin isə saatda 2200 km-dən artıq olacağı
qeyd edilir. ABŞ Hərbi Hava Qüvvələri beşinci nəsil F-22 Raptor
təyyarələrini əvəz etmək üçün 185-dən çox F-47 almağı
planlaşdırır.
Layihə “Next Generation Air Dominance” proqramı çərçivəsində
həyata keçirilir və pilotsuz sistemlərlə inteqrasiyanı da nəzərdə
tutur.

