Niderland səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib

Baş səhifə

Niderlandın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanlar üçün yas tutan bütün azərbaycanlılara qoşuluruq”, – paylaşımda qeyd olunub.