“Budyo Qlimt” UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb

Baş səhifə
Budyo Qlimt UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb

“Budyo Qlimt” klubu UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.

“Report” “Opta Sport” nəşrinə istinadən xəbər verir ki, Norveç təmsilçisi pley-off mərhələsinin cavab matçında İtaliya “İnter”ini 2:1 hesabı ilə məğlub edərək (ilk oyun – 3:1) XXI əsrdə unikal nailiyyət əldə edib.

Skandinaviya klubu Avropanın “Top-5” liqalarını təmsil edən rəqiblərinə qarşı ardıcıl 4 qələbə qazanan ilk komanda olub. Norveçlilər “İnter”dən əvvəl “Mançester Siti”ni (3:1) və Madrid “Atletiko”sunu (2:1) üstələyiblər. Sonuncu dəfə belə nəticəni 1971/1972 mövsümündə Niderlandın “Ayaks” komandası göstərib.

Qeyd edək ki, “Budyo Qlimt” 2022-ci ildə UEFA Konfrans Liqasının 1/4 finalçısı, 2025-ci ildə isə UEFA Avropa Liqasının yarımfinalçısı olub.