Çin yenidən “ZQ-3” raketini buraxmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Çinin özəl “LandSpace” aerokosmik şirkəti 2026-cı ilin ikinci
rübündə təkrar istifadə edilə bilən “ZQ-3” (“Zhuque-3”) raketini
yenidən işə salmağı planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər
verib.




Məlumata əsasən, “ZQ-3” raketinin tərtibatçı qrupu raketin eniş
prosesini optimallaşdırır. Sınaq uğurlu olarsa, raketin geri
qayıtma mərhələsi ilk dəfə bu ilin dördüncü rübündə təkrar istifadə
olunacaq.