Horovluya qayıdan sakin: Uzun illərin həsrəti sona çatıb

Baş səhifə
Horovluya qayıdan sakin: Uzun illərin həsrəti sona çatıb

“Kəndimizə qayıtdığıma görə, çox sevinirəm”.

“Report” xəbər verir ki, bu barədə Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Kəlbəliyev Nizami deyib.

O qeyd edib ki, doğma torpağına qayıtmaq üçün uzun illər həsrətlə gözləyib: “Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatıb. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”, – deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Bakı şəhərindən Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.