Bakıda 354 məktəb “Rəqəmsal məktəb” layihəsinə qoşulub

Baş səhifə
Bakıda 354 məktəb Rəqəmsal məktəb layihəsinə qoşulub

Bakıda 354 ümumi orta təhsil müəssisəsi “Rəqəmsal məktəb” layihəsinə keçib.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Bakıda “Rəqəmsal məktəb” platformasına 354 ümumi təhsil müəssisəsi qoşulub:

“2025-ci ilin sentyabr ayından etibarən, platformadan 543 min 255 şagird, 44 min 552 pedaqoji heyət üzvü və 360 min 709 valideyn istifadə edir”.

Qeyd edək ki, “Rəqəmsal məktəb” platforması hazırda pilot mərhələdə yalnız Bakı şəhərində tətbiq olunur.