Peruda hərbi helikopter qəzaya uğradı, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Perunun cənubunda Mi-17 tipli hərbi helikopter qəzaya
uğrayıb.

Trend xəbər verir ki, bu
barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qəzaya uğrayan helikopter Arekipa rayonunda tapılıb.




Xlasedicilər ekipajın 4 üzvünün və 11 sərnişinin həlak olduğunu
təsdiqləyiblər.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.