Bakı. Trend:
“Milan” yarımmüdafiəçi Ruben Loftus-Çikin təxminən 8 həftə
meydanlardan kənarda qalacağını açıqlayıb.
Trend xəbər verir ki, Seria
A-nın 26-cı turunda “Parma” ilə oyunun (0:1) 8-ci dəqiqəsində
Loftus-Çik cərimə meydançasına edilən ötürmədən sonra topu yumruqla
uzaqlaşdıran “Parma”nın qapıçısı Edoardo Corvi ilə toqquşub.
İngiltərəli futbolçu yerə yıxılıb, boynu sabitlənərək xərəkdə
meydandan çıxarılıb. Daha sonra onda üst çənənin dişləri daşıyan
hissəsi – alveolyar çıxıntının sınığı aşkarlanıb.
Klubun yaydığı məlumata görə, futbolçu əməliyyat olunub, cərrahi
müdaxilə uğurla keçib. Loftus-Çik artıq xəstəxanadan buraxılıb və
vəziyyəti yaxşıdır. Təxmini bərpa müddəti 8 həftədir.

