Seriya A klubu baş məşqçisi ilə yollarını ayırdı

Baş səhifə

Bakı. Trend:

“Torino” baş məşqçi Marko Baroni ilə yollarını ayırdığını rəsmən
açıqlayıb.

Trend xəbər verir ki, onun
yerinə italiyalı mütəxəssis Roberto D’Aversa təyin olunub. 50 yaşlı
məşqçi daha əvvəl “Empoli”, “Leççe”, “Sampdoriya” və “Parma”
klublarını çalışdırıb.




26 turdan sonra “Torino” Seria A-da 27 xalla 15-ci pillədə
qərarlaşıb. Komanda son 8 liqa oyununda cəmi bir qələbə qazanıb –
“Leççe” üzərində 1:0 hesablı qələbə.

Klub rəhbərliyi vəziyyəti dəyişmək üçün mövsümün həlledici
mərhələsində məşqçi dəyişikliyinə gedib.