Nepalda avtobus çaya yuvarlanıb – 18 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Nepalın mərkəzi bölgəsində sərnişin avtobusunun yoldan çıxaraq
çaya yuvarlanması nəticəsində azı 18 nəfər həlak olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, avtobus Pokhara əyalətindən Katmandu
istiqamətində hərəkət edib. Avtobusun hansı səbəbdən qəza etməsi
araşdırılır.

Hadisə anında avtobusda 35-dən çox sərnişin olub. Xilas edilən
25 nəfər yaralı vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.