
Bakı. Trend:
İtaliya A Seriyası 26-cı turunda “Milan” “Parma”nı qəbul
edib.
Trend xəbər verir
ki, “San Siro” stadionunda keçirilən görüş qonaqların 0:1 hesablı
qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu Mariano Troilo
80-ci dəqiqədə vurub.
26 turdan sonra 54 xal toplayan “Milan” lider “İnter”dən 10 xal
geridə qalaraq ikinci yerdə qərarlaşıb. “Parma” isə 32 xalla 12-ci
pillədədir.


