
Bakı. Trend:
Santa Kruz arxipelaqının (Solomon adaları) bir hissəsi olan
Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC)
məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Kota Kinabalu
şəhərindən təxminən 97 kilometr şimalda, zəlzələnin ocağı isə 620
kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində itki və ya dağıntı barədə məlumat verilməyib.
Həmçinin sunami təhlükəsi ilə bağlı hər hansı xəbər yoxdur.


