Bakı. Trend:
ABŞ Məxfi Xidmətinin əməkdaşları ABŞ prezidenti Donald Trampın
Mar-a-Laqodakı malikanəsinin ətrafındakı təhlükəsiz əraziyə girən
silahlı şəxsi güllələyərək öldürüblər.
Trend-in məlumatına görə, bu barədə xidmətin nümayəndəsi Entoni
Qulyelminin yazılı açıqlamasında deyilib.
Qeyd edilib ki, “silahlı kişi Mar-a-Laqo ətrafındakı təhlükəsiz
əraziyə qanunsuz girdikdən sonra” Məxfi Xidmət əməkdaşları və yerli
şerif müavini tərəfindən vurularaq öldürülüb.
Kişinin üzərində ov tüfəngi və yanacaq balonu olduğu ehtimal
edilir. Onun motivi məlum deyil.

