Dembele PSJ-yə kömək edə bilməyəcək

Baş səhifə

Bakı. Trend:

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisinin liderlərindən
olan Usaman Dembele sıradan çıxıb.




Fransa millisinin üzvü UEFA Çempionlar Liqasının “Monako” ilə
ilk pley-off oyununda baldır əzələsindən zədə alıb. 28 yaşlı
hücumçu bir neçə gün fərdi qaydada məşq edəcək.

Qeyd edək ki, Usman Dembele bu mövsüm PSJ-nin heyətində meydana
çıxdığı 25 rəsmi matçda 111 qol və 7 məhsuldar ötürmə ilə yadda
qalıb.