
Bakı.Trend:
Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 14 tüfəng, 4
patron darağı və 311 ədəd müxtəlif çaplı patron aşkar edərək
götürüblər.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri ilə fevralın 20-də ümumi çəkisi 7 kiloqramdan artıq
narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.

