
Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycan 2,643 milyon ton həcmində xam
neft və neft məhsulları ixrac edib ki, bunun ümumi dəyəri 1,238
milyard ABŞ dollarından çox olub.
Trend-in
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata
görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb. Bununla
yanaşı, fiziki həcmdə ixrac 818 min ton və ya 23,6% artıb.
Cari ilin yanvar ayında Azərbaycan neftinin əsas üç idxalçısı
sırasında birinci yeri İtaliya tutur (1,848 milyon ton – 861,7
milyon ABŞ dolları), ardınca Rumıniya (197,1 min ton – 93,7 milyon
ABŞ dolları) və Portuqaliya (93,6 min ton – 44,3 milyon ABŞ
dollarından çox) gəlir.
Cədvəldə 2026-cı ilin yanvar ayında Azərbaycandan xam neft və
neft məhsulları idxal edən 10 ən böyük ölkə göstərilib.
Ölkə | İdxal həcmi | İdxal dəyəri (ABŞ dolları) |
İtaliya | 1 847 915,54 | 861 652 230 |
Rumıniya | 197 053,85 | 93 673 990 |
Portuqaliya | 1 122 055,58 | 44 337 000 |
Almaniya | 91 294 060 | 43 249 210 |
Xorvatiya | 86 166 170 | 40 819 950 |
Çexiya | 82 403,50 | 38 454 490 |
Bolqarıstan | 78 494,85 | 37 415 050 |
Tunis | 61 269,98 | 29 498 760 |
Türkiyə | 41 761,71 | 19 543 440 |
İndoneziya | 38 554,41 | 17 866 200 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya
bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur:
Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda
Bakı–Supsa boru kəməri ilə nəql dayandırılıb.


