CAR-da fövqəladə vəziyyət elan edildi

Baş səhifə

Bakı. Trend:

Cənubi Afrika Respublikasında yayılmış dabaq xəstəliyi
səbəbindən ölkə üzrə fövqəladə vəziyyət elan edilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ölkənin Milli Fəlakətlərin
İdarəetmə Mərkəzinin rəhbəri Elias Sithole bildirib ki, bir neçə
əyalətdə müşahidə olunan yoluxma artıq milli səviyyədə risk
yaradıb.




Prezident Sirill Ramafosa hökumətin qarşıdakı 12 ay ərzində
təxminən 14 milyon iri buynuzlu heyvanın peyvənd olunmasını
planlaşdırdığını açıqlayıb. Qeyd olunub ki, xəstəlik heyvandarlıq,
ərzaq təhlükəsizliyi və ixrac bazarları üçün ciddi təhlükə
yaradır.