
Belqrad. Trend:
Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm.
Trend xəbər verir
ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Prezident
İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Respublikası və
Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci
iclasında bildirib.
“Bundan əvvəl biz çox nəticələr əldə etməliyik. Mən və nazir
Dubravka Prezident Əliyevlə qazla işləyən elektrik enerjisi
stansiyası məsələsini müzakirə etdim. Prezidentdən xahiş edirəm ki,
bu məsələ ilə şəxsən məşğul olsun, çünki mən edə biləcəyimiz və
bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident
Əliyevdən zəmanət aldım ki, o, şəxsən bu məsələdə bizə böyük kömək
göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz
bütün digər prosesləri sürətləndirməliyik”, – deyə Vuçiç
bildirib.


