Bakı. Trend:
ABŞ hərbçiləri İran neftinin daşınmasına görə sanksiya
siyahısında olan “Veronica III” tankerini ələ keçirib.
Trend xəbər verir
ki, bu barədə ABŞ Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat
yayıb.
Qurum əməliyyatın insidentsiz həyata keçirildiyini bildirib.
Məlumatda qeyd olunub ki, gəmi Donald Trump tərəfindən tətbiq
edilən məhdudiyyətləri keçməyə və yayınmağa cəhd edib. Tanker Karib
dənizindən Hind okeanına qədər izlənilib, məsafə azaldılıb və
nəticədə dayandırılıb.

