“Mançester Siti” 145 illik rekordu təkrarlayıb

Baş səhifə
Mançester Siti 145 illik rekordu təkrarlayıb

“Mançester Siti” İngiltərə Kubokunda 145 illik rekordu təkrarlayıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, “şəhərlilər” buna ötən gün 1/16 final mərhələsində “Solford Siti”ni (2:0) məğlub etməklə nail olub.

Mançester təmsilçisi bu turnirdəki ev oyunlarında ardıcıl 17-ci qələbəsini qazanıb.

Tarixdə sonuncu belə seriyaya 1873-cü ildən 1881-ci ilədək “Klephem Rovers” komandası imza atıb.