
Qərb Moskva ilə qarşıdurmada Ermənistanı geosiyasi alət kimi istifadə edir.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Qərblə münasibətlərindəki addımlarını, o cümlədən təşkilat daxilindəki öhdəliklərinə əməl etməsini izləyir.
Qaluzinin sözlərinə görə, Moskva üçün əsas məsələ Ermənistanın KTMT-də tamhüquqlu üzv statusunu qoruyub saxlamasıdır. O vurğulayıb ki, İrəvan müttəfiqlik münasibətlərindən geri çəkilmir və qəbul olunan qərarlara qoşulmaq imkanını əlində saxlayır. Rusiya tərəfi hesab edir ki, Ermənistan Cənubi Qafqazda onun təbii müttəfiqidir və iki ölkə arasında strateji tərəfdaşlıq möhkəm hüquqi baza üzərində qurulub. Rəsmi Moskva əmindir ki, Rusiya-Ermənistan müttəfiqliyinə alternativ mövcud deyil.


