Almaniyada “Volksbank”ın filialı qarət edildi

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Ştur şəhərində yerləşən Volksbank bankının filialı
üç naməlum şəxs tərəfindən qarət olunub.

Trend xəbər verir
ki, bu barədə Bild qəzeti polisə istinadən məlumat yayıb.

Qarət iki gün əvvəl nahar fasiləsi zamanı baş verib.
Cinayətkarlar işıq lüku vasitəsilə bankın zirzəmisinə daxil olaraq
14 seyf qutusunu açıblar.




Hadisə yalnız bankın müştəriləri və əməkdaşları səhhətlərinin
pisləşməsi və ürəkbulanma şikayətləri ilə üzə çıxıb. Sonradan məlum
olub ki, qarətçilər zirzəmiyə naməlum maddə püskürdüblər.

Qarət nəticəsində dəymiş ziyanın məbləği hələlik açıqlanmayıb.
Polis faktla bağlı araşdırmaya başlayıb.