
Bakı.Trend:
Zakir Həsənov 2026-cı ildə orduda diqqət edilməli olan vacib
məqamları vurğulayıb.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına
dair kollegiya iclası zamanı məlumat verilib.
Müdafiə Naziri Zakir Həsənov şəxsi heyətin peşəkarlığının
artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da
yüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyinin
artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın
mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də
innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin
vacibliyini vurğulayıb.
Kollegiya iclası zamanı ayıq-sayıqlığın təmin olunması məqsədilə
döyüş növbətçiliyi və qoşun xidmətinin təşkilinə daha məsuliyyətli
yanaşmaq ilə bağlı müvafiq tapşırıqlar verilib.
Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın
təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına ciddi əməl
olunmasının, qış mövsümündə havaların soyuması ilə əlaqədar mövsümi
respirator virus infeksiyalarından qorunma tədbirlərinin
gücləndirilməsinin zəruriliyi xüsusi qeyd edilib.


