
Bakı.Trend:
Biləsuvarda 10 kilovotluq elektrik xəttində qəza baş verib.
Trend xəbər
verir ki, qəza nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik
enerjisinin verilişi dayanıb.
“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, hazırda
ərazidə təmir-bərpa işləri aparılır.
“Rayon mərkəzində elektrik təchizatında fasilə yaranan
ərazilərdə işıq 1 saat ərzində bərpa ediləcək”, – deyə qurumdan
əlavə edilib.
Qeyd edək ki, bəzi yerli media orqanlarında transformatorda
partlayış olması ilə bağlı məlumat verilib. “Azərişıq” ASC isə bu
iddianı təkzib edir.

