Azərbaycan Mərakeşdə Ana Dili Günü tədbirində iştirak edib

Baş səhifə
Azərbaycan Mərakeşdə Ana Dili Günü tədbirində iştirak edib

Azərbaycanın Mərakeşdəki Səfirliyinin dəstəyi ilə ölkəmiz hər il olduğu kimi bu il də Krallıq Amaziq Mədəniyyəti İnstitutunun (IRCAM) Beynəlxalq Ana Dili Günü münasibətilə keçirdiyi tədbirdə iştirak edib.

“Report” xəbər verir ki, gənc iştirakçı Aydın Cəfərov Azərbaycan dilində görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib. Çıxış iştirakçıların marağına səbəb olub və Azərbaycan poeziyasına diqqəti artırıb.

UNESCO-nun təsis etdiyi Beynəlxalq Ana Dili Günü çərçivəsində keçirilən tədbir dil müxtəlifliyinin qorunmasına və ana dillərinə dəstək verilməsinə yönəlib. Azərbaycan nümayəndələrinin bu cür görüşlərdə iştirakı ənənəvi hal alıb və mədəni mübadiləyə töhfə verir.