
Bakı. Trend:
Rəsmi Paris tarixdə ilk dəfə Berlin ilə nüvə silahının
qarşısının alınması sahəsində birgə fəaliyyət göstərməyi
planlaşdırır.
Trend xəbər verir ki, bunu
Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransındə çıxışında
açıqlayıb.
Fransa prezidentinin sözlərinə görə, nüvə silahının qarşısının
alınmasında rolun yenidən müəyyənləşdirilməsi son dərəcə
vacibdir.
“Buna görə də biz hazırda Fridrix Mertz və bir sıra Avropa
liderləri ilə birlikdə strateji dialoq qururuq ki, konstitusiya ilə
təmin olunan və tənzimlənən milli doktrinamızı konkret əməkdaşlıq,
birgə təlimlər və ortaq təhlükəsizlik maraqları ilə necə
əlaqələndirə biləcəyimizi anlayaq”, – deyə Makron bildirib.
O, vurğulayıb ki, Fransa bunu tarixdə ilk dəfə Almaniya ilə
həyata keçirir. “Bu dialoq özü vacibdir, lakin daha vacib olan odur
ki, o, bizə nüvə silahının qarşısının alınmasını müdafiə və
təhlükəsizliyə vahid yanaşmaya inteqrasiya etməyə imkan verir”, –
deyə Makron qeyd edib.


