Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

Baş səhifə

Münxen. Trend:

Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi
planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç
bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki,
Azərbaycan üçün sülh əldə olunub.

Trend xəbər verir ki, bunu
Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə
müsahibəsində deyib.

“Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal
xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən
sülh olacaq”, – deyə dövlətimizin başçısı bildirib.