Bakı. Trend:
Britaniya Dövlət Xidmətinin rəhbəri və Nazirlər Kabinetinin
katibi Kris Vormold istefa verib.
Trend xəbər verir
ki, 500.000 dövlət qulluqçusundan ibarət heyətə rəhbərlik edən
Vormold bu barədə açıqlamasında bildirib:
“Son 35 ildə dövlət qulluğunda xidmət etmək şərəf və imtiyaz
olub. Nazirlər Kabinetinin katibi kimi ona rəhbərlik etmək isə
ayrıca bir şərəfdir”.
Baş nazir Kir Starmer Vormolda təxminən 40 illik xidmətinə görə
təşəkkür edib və ona gələcəkdə uğurlar arzulayıb.
Qeyd olunur ki, Britaniya mediasında 2024-cü ilin dekabr ayından
bəri bu vəzifəni tutan Vormoldun Starmerlə fikir ayrılıqları
səbəbindən istefa verdiyi barədə xəbərlər yayılıb.

