Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam
imzalayıb.
Trend-in
xəbərinə görə, rütbə verilən şəxslərin arasında Dövlət Vergi
Xidmətinin rəisi Orxan Nəzərli də var.
Belə ki, Sərəncamla Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli
dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.

