
Bakı. Trend:
2025-ci ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 315
milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 087 milyon
dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti
Şahdəniz 2 layihəsinə aid olub.
Trend bu barədə
bp-yə istinadən xəbər verir.
Müqayisə üçün, 2024-cü ildə əməliyyat və əsaslı xərclər, müvafiq
olaraq 2,203 milyard dollar və 766 milyon dollar təşkil edib ki, bu
əməliyyat xərclərinin 5 faiz, əsaslı xərclərin isə 41,9 faiz
artdığını göstərir.
İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan
(GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı
obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması
davam edib.
2025-ci ildə yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz
Bravo platformalarından birlikdə təqribən 27 milyard standart
kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel)
kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən
77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%),
LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO
(10,00%), MVM (5,00%).

