Türkiyədə tapılan PUA-nın Rusiyaya məxsus olduğu müəyyən edilib

Baş səhifə

Türkiyə Milli Müdafiə Nazirliyi Ordu vilayətinin Ünye rayonunda sahildə tapılan və quruya çıxmış vəziyyətdə olan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya məxsus olduğunu açıqlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazirlik bildirib ki, 10 fevral 2026-cı il tarixində Ünye rayonunda sahildə bir PUA-nın aşkar edilməsi ilə əlaqədar 11 fevralda əraziyə 1 Sualtı Müdafiə qrupu göndərilib.

Məlumata əsasən, aparılan yoxlamalar zamanı PUA-nın içərisində partlayıcı maddənin olmadığı müəyyən edilib.

Rusiyaya məxsus olduğu qiymətləndirilən pilotsuz uçuş aparatı araşdırma aparılması üçün Ünye Polis İdarəsinə təhvil verilib.