Sudanda qayığın batması nəticəsində azı 21 nəfər ölüb

Baş səhifə
Sudanda qayığın batması nəticəsində azı 21 nəfər ölüb

Şimali Sudanda Nil çayında qayığın batması nəticəsində azı 21 nəfər boğulub.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələri və hadisənin şahidləri məlumat veriblər.

Məlumata görə, qayıqda 30 nəfər olub.