
Madaqaskarda “Gezani” qasırğasının nəticələri səbəbindən ölənlərin sayı 31-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər yerli hakimiyyətə istinadən məlumat yayıb.
Ölkə hökumətinin məlumatına görə, qurbanların sayı daha da arta bilər, çünki bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur.
Bundan əlavə, çox sayda insan ağır xəsarət alıb.
Xilasedicilər gecə-gündüz işləməyə davam edir. Minlərlə insan təhlükəsiz yerlərə təxliyə edilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


