Bu ilin yanvarında məcburi sosial sığorta haqları üzrə ödənilən müavinətlərin məbləği açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta
haqları hesabına verilən müavinətlər üzrə 14,6 mln. manat vəsait
ödənilib.

Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə 0,5 mln.
manat və ya 3,2% çox vəsait xərclənib.




Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində məcburi dövlət
sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 14,1 mln.
manat vəsait ödənilib.

Bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,04 mln. manat
və ya 0,3% çoxdur.