
Bakı.Trend:
2025-ci il ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin
yolda qalması paytaxt yollarında uzunmüddətli tıxaclara səbəb
olub.
Trend xəbər
verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilir ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya
dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə
sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud
məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət
iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə
tutulan təhlükəsizlik tədbirləri görülməlidir.
“İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı
yandırılmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı
30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu
vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı,
yaxud yanıb-sönən qırmızı işıqlı portativ fənər avtomobilin üstündə
qoyula bilər”,- məlumatda qeyd edilir.

